Dünya

Ukraynada iki nazir dəyişəcək – Reznikovun “məsələsi” həll olunub

Ukraynada iki nazir dəyişəcək – Reznikovun “məsələsi” həll olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn həftə Ukrayna hökumətində kadr dəyişiklikləri gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatı hakimiyyətdəki mənbələrə istinadla ölkənin Müdafiə Nazirliyinə və Mədəniyyət və informasiya siyasəti nazirliyinə yeni rəhbərlərin təyin ediləcəyini yazıb.

Xəbərdə qeyd olunur ki, Müdafiə naziri Aleksey Reznikovun istefaya göndərilməsi və onun yerinə Əmlak Fondunun rəhbəri Rüstəm Umarovun təyin edilməsi artıq həll olunmuş məsələdir.

Mədəniyyət naziri postuna isə Yuliya Fediv təyin olunacaq. O, bu vəzifədə Radanın iyul ayında istefaya göndərdiyi Aleksandr Tkaçenkonu əvəz edəcək. Həmçinin, bildirilir ki, Əmlak Fonduna və Ant-inhisar komitəsinə də yeni təyinatlar olacaq. Məlumatda qeyd olunur ki, Yuliya Fedivin nazir təyinatından sonra Ukrayna tarixində ilk dəfə hökumət üzvlərinin təxminən üçdə biri qadınlar olacaq.