Dünya

ABŞ sanksiyalara məruz qalan Rusiya aktivlərini Ukraynaya yollamaq istəyir

ABŞ sanksiyalara məruz qalan Rusiya aktivlərini Ukraynaya yollamaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan Rusiya aktivlərinin 1 milyard dollardan çoxunu Ukraynaya göndərmək üçün fürsət axtarır.

APA xəbər verir ki, ölkənin Baş prokurorun birinci müavini Liza Monako CBS telekanalına bu barədə deyib: “Biz Konqresdən əldə olunan gəlirləri Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik”.

Bundan əvvəl Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransanın milli təhlükəsizlik üzrə köməkçiləri bildiriblər ki, öz ölkələrinin yurisdiksiyasında olan Rusiyanın suveren aktivləri Ukraynaya vurduğu ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq.