“Türkiyə Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqlarında vasitəçilik etməyə hazırdır”
7Times.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar əsasında deyib.
“Biz davamlı sülhün bərqərar olması üçün hər cür səy göstəririk. Biz əvvəllər də tərəflər arasında danışıqlar aparmışıq və həmişə olduğu kimi, bu mövzuda öz töhfəmizi verməyə hazırıq”, – deyə Ərdoğan bildirib.