“Rəsmi statistikaya əsasən, 2018 və 2019-cu illərlə müqayisədə (koronovirus pandemiyasınadək) Şengen vizası almaq üçün müraciət edənlərin sayı 40-50 faiz artıb”.
“Report” xəbər verir ki, viza almaq növbəsi ilə bağlı “Joxovurd” qəzetində dərc olunan məqalədə bildirilib.
İnformasiyaya əsasən, Ermənistanda Avropa ölkələrinin səfirliklərinin binası qarşısında uzun növbələr yaranır.
Qəzetin yazdığına görə, vizanın verilməsində yaranan problemi Ermənistanın Xarici İşlər Nazirliyi 4-5 aydır həll edə bilmir. Nazirlikdən bildirilib ki, vizanın verilməsi “Vyana konvensiyasının konsulluq əlaqələri haqqında” sənədin 5-ci maddəsi ilə tənzimlənir: “Heç bir dövlətin Xarici İşlər Nazirliyi bu məsələyə müdaxilə edə bilməz. Səfirlik viza verərkən öz ölkələrinin qanunlarını əsas tuturlar”.
Məlumata görə, bu məsələ cari il martın 23-də Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyanın İrəvanda akkreditasiya olunmuş diplomatlarla görüşündə də müzakirə olunub.
Qəzet isə Avropa İttifaqı ölkələri səfirliklərinin binası qarşısında uzun növbələrin yarandığını və baş nazir Nikol Paşinyan hökumətinin bu problemi həll etməkdə aciz olduğunu israrla yazıb.
Mütəxəssislər bildirib ki, bu məsələnin həllində Ermənistan hökumətinin cəhdləri yersizdir. Əsas məsələ Ermənistanı tərk edən vətəndaşların sayının ildən-ilə çoxalmasıdır. Səfirliklərin binası qarşısında uzun növbələrin yaranmasının başlıca səbəbi də budur.
Follow @7timesaz