İdman

“Barselona” buna görə La Liqada yalnız “Kadis”dən irəlidədir

“Barselona” buna görə La Liqada yalnız “Kadis”dən irəlidədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” La Liqa klubları arasında bu yay transfer xərclərinə görə sonuncu yerlərdə qərarlaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Diario Sport” hesabat dərc edib.

İspaniya klubları arasında xərclər reytinqində yalnız bu yay ümumiyyətlə “əlini cibinə salmayan” “Atletik Bilbao” klubu “Barselona”dan aşağı yerdə qərarlaşıb. Kataloniyalılar 3,4 milyon avro xərcləyib – Oriol Romeu üçün “Jirona”ya bu qədər pul ödəyiblər. Sondan üçüncü yerdə 3,5 milyon avro xərcləyən “Kadis” qərarlaşıb.

La Liqada xərclərə görə lider Cud Bellingem, Joselu və Fran Qarciyaya təxminən 130 milyon avro xərcləyən “Real Madrid”dir. İkinci yeri “Almeriya” (38 milyon avro), üçüncü yeri isə “Atletiko Madrid” (33,7 milyon avro) tutub.

Xatırladırıq ki, “Barselona” bu yay həmçinin, heyətinə icarə əsasında portuqaliyalı ulduzlar Joau Feliks və Joau Kanselanı cəlb edib.