“Enerji, təbii qaz və mədənçiliklə bağlı kimin nə etmək istəyirsə, gəlsin”.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin sualını cavablandıranda danışıb.
“Türkmənlərin vətəni Kərkük müxtəlif mədəniyyətlərin sülh içində yaşadığı bir coğrafiya olub. Bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına imkan verməyəcəyik. Afrika ölkələrinin tutduğu mövqe var. Digər tərəfdən dirçəlişdə olan və müqavimət göstərən ölkələri susdurmaq, dayandırmaq üçün addımlar atan ölkələr var. Əsəd normallaşmamızla bağlı Türkiyə-Rusiya-İran-Suriya formatında atılan addımları təəssüf ki, uzaqdan, tribunadan izləyir”, – o qeyd edib.
Ərdoğan ölkələrin ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. O, Ukraynadakı müharibənin yaxın müddətdə başa çatacağını düşünmədiyini bildirib.
“BMT-nin baş katibi Rusiya Federasiyasının SWIFT ilə birbaşa əlaqəsi olmadan taxıl sazişində iştirakının vasitəçilik mexanizmini təklif edib. BMT Rusiya gəmilərinin sığortası sahəsində Qərbin sanksiyaları səbəbindən yaranmış maneələrin aradan qaldırılması məsələsi üzərində işləyir. Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında əsir mübadiləsi üçün vasitəçilik səylərini davam etdirəcək. Türkiyə və Rusiya öz əraziləri vasitəsilə enerji daşıyıcılarının Avropaya və dünya bazarlarına çıxarılması üçün müxtəlif layihələr həyata keçirir. Türkiyədə yaradılan qaz qovşağı enerji daşıyıcılarının beynəlxalq bazarlara çıxarılmasını təmin edəcək və onların qiymətləri ilə məşğul olacaq. Ankara qaz qovşağı üçün lazımi infrastrukturu və fiziki imkanları yaradır və təbii qaz və faydalı qazıntıların ixracı üçün mərkəz yaratmağı planlaşdırır. Türkiyə təbii qaz ixracı ilə bağlı layihələrin maliyyələşdirilməsi mərkəzi yaratmağı planlaşdırır”, – o qeyd edib.
Follow @7timesaz