Daha bir futbolçu güllələnərək öldürülüb.
7Times.az xəbər verir ki, Panama millisinin müdafiəçisi Gilberto Ernandes 26 yaşında vəfat edib.
Futbolçu Kolon şəhərində güllələnib. O, dostları ilə kəndin mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslərdən saxlanılanlar var.
Follow @7timesaz