Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul idi. Terrorçuların saxlanıldığı an onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib.
Follow @7timesaz