Dünya

Ukraynadan Quterreşin Lavrova gizli məktubuna sərt reaksiya – “Kimin ağlına gələ bilərdi ki…”

Ukraynadan Quterreşin Lavrova gizli məktubuna sərt reaksiya – “Kimin ağlına gələ bilərdi ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 28-də BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova gizli məktub göndərərək, Rusiyanın taxıl sazişinə qayıtması və Qara Dəniz Təşəbbüsünü bərpa etməsi müqabilində sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasını təklif edib.

“AzPolitika.info” xəbər verir ki, bu haqda Almaniyanın DPA agentliyi və “Bild” qəzeti informasiya yayıb. Qeyd olunur ki, Quterreşin təklifi dörd konkret bənddən ibarətdir.

BMT rəhbəri, SWIFT sistemindən ayrılmış Rusiya Kənd Təsərrüfatı Bankına (Rosselxozbank) qarşı Aİ-nin 2022-ci ilin iyununda tətbiq etdiyi maliyyə sanksiyalarını ləğv etməyi təklif edib.

Quterreşin ideyası bankın törəmə müəssisə yaradaraq onu SWIFT-ə qoşmaqdan ibarətdir. Bu şirkət ödəniş əməliyyatları üçün texniki xidmətlər göstərəcək, onun müstəqil bank funksiyaları olmayacaq.

Avropa Komissiyasının nümayəndəsi “Bild” qəzetinin müxbiri ilə söhbətində etiraf edib ki, Avropa İttifaqı “konstruktiv həll” tapmaq imkanına icazə verib. O, AB sanksiyalarını pozmadan SWIFT vasitəsilə kənd təsərrüfatı məhsullarının ticarəti üçün ödənişlərə imkan verməyi öhdəsinə götürüb.

İkinci məqam kimi, BMT Azov və Qara dənizlərdə Rusiya gəmilərini Ukraynanın hücumlarından sığortalamağı təklif edir. Nəşr Quterreşin gizli məktubundan sitat gətirib: “Rusiyanın ərzaq və gübrə ixracı üçün BMT tərəfindən maliyyələşdirilən sığorta şirkəti 4-6 həftə ərzində fəaliyyətə başlaya bilər”.

Üçüncü məqam isə Aİ-də dondurulmuş vəsaitlərinin Rusiyaya qaytarılmasını nəzərdə tutur.

Dördüncü bənd ərzaq və gübrə daşıyan Rusiya gəmilərinin Almaniya və digər ölkələrin limanlarına buraxılmasını təklif edir.

Ukrayna Prezident Ofisi isə bu təkliflərə cavab olaraq BMT-nin lobbiçilərini hərbi cinayətkarlar adlandırıb.

Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədə yazıb: “Kimin ağlına gələrdi ki, BMT hərbi cinayətkarların əsas lobbiçisinə çevriləcək?”

Podolyak qeyd edib ki, beynəlxalq hüququn pozulmasına görə sanksiyaların tətbiqi ilə Qərb ölkələri Rusiya elitasına aydın mesaj verib: “Rusiyanın Putinlə gələcəyi yoxdur; Putindən sonra Rusiyanın şansı olacaq”.

“Tammiqyaslı müharibənin ortasında oğurlanmış taxıl ixracına görə Rusiyaya qarşı sanksiyaların ləğvi ideyasına lobbiçilik etməklə, BMT rəhbərliyinin məqsədləri Putin rejiminin ömrünü uzatmaq və raket zərbələrini siyasi məqsədə nail olmaq üçün effektiv vasitə kimi tanımaq istəyir” – Podolyak yazıb.

Müşavir bunu “21-ci əsrin dünyası üçün maraqlı siqnal” adlandırıb.

O vurğulayıb ki, bu “absurd ideyaların” heç biri, xüsusən də Ukraynanın limanına və taxıl infrastrukturuna qarşı raket terroru fonunda həyata keçirilə bilməz.

“Lakin bu, Rusiyanın BMT Təhlükəsizlik Şurasında olmasının bütövlükdə təşkilatı zəhərlədiyini daha bir xatırladır”, – Podolyak vurğulayıb.