Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar (qondarma prezident seçkiləri – red.) qəbul edilməzdir.
“Bunu Avropa İttifaqı ölkələri də qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahkı danışığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışıqlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.
Follow @7timesaz