Baş məşqçi axtarışında olan Fransanın “Olimpik Lion” klubunun rəhbərliyi Cennaro Qattuzo ilə razılığa gələ bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Lequipe” yayıb.
Nəşrin iddiasına görə, tərəflər danışıqlar aparsalar da, sonda sövdələşmə baş tutmayıb. Beləliklə, lionlular italiyalı mütəxəssisin namizədliyindən imtina edərək yenidən baş məşqçi axtarışına başlayıb.
Xatırladaq ki, 2022-ci ilin oktyabrından komandaya rəhbərlik edən Loran Blan ötən gün “Olimpik Lion”un sükanı arxasından qovulub. Klub bu mövsüm dörd turdan sonra cəmi bir xal qazanaraq Fransa çempionatına uğursuz start verib.
Follow @7timesaz