İspaniya polisi canlı yayım zamanı televiziya müxbirinə toxunan kişini cinsi təcavüzdə şübhəli bilinərək saxlayıb.
BAKU.WS “The Guardian”a istinadən xəbər verir ki, hadisə Madriddə baş verib.
Belə ki, reportyor İsa Balado çərşənbə axşamı yayımlanan proqramda Madriddə quldurluq hadisəsi yerindən canlı yayıma çıxıb.
Bu vaxt naməlum kişi şübhəli hərəkətlərlə yaxınlaşaraq Baladonun ombasına toxunub.
Balado yayıma davam etməyə çalışsa da, studiyadakı aparıcı Naço Abad müdaxilə edib: “İsa, səni narahat etdiyim üçün məni bağışla, amma o, sənin ombana toxundu?” – deyə o, soruşub.
Müxbir hadisəni təsdiqləyəndə Abat kameradan həmin “axmaq”ı göstərməsini istəyib. Daha sonra həm İsa Balado, həm də hələ də orada dayanıb gülən şübhəli şəxs kameraya əks olunublar.
Daja sonra şübhəli şəxs Baladonun ombasına toxunmasını inkar edib və getməzdən əvvəl müxbirin başını qıdıqlamağa çalışıb.
Ardınca polis bir şübhəlinin canlı yayım zamanı reportyora cinsi təcavüzdə ittiham olunaraq saxlanıldığını açıqlayıb.
Xəbər kanalının sahibi Mediaset Espana bəyanat yayıb və müxbirinə dəstək verib.
Follow @7timesaz