Dünya

“Bu sanksiyalar İsveçin NATO-ya daxil olmasına təsir etməyəcək” – ABŞ rəsmisi

“Bu sanksiyalar İsveçin NATO-ya daxil olmasına təsir etməyəcək” – ABŞ rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Vaşinqton ABŞ-ın bir neçə Türkiyə şirkətinə qarşı sanksiyaları Ankaranın İsveçin NATO üzvlüyünü ratifikasiya etməsinə heç bir təsir göstərməyəcəyinə ümid edir.

“AzPolitika.info” “İnterfaks”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller səsləndirib.

Miller brifinq zamanı deyib: “Biz heç bir əlaqə görmürük və bu sanksiyaların İsveçin NATO-ya daxil olmasına təsir etməyəcəyinə ümid edirik”.

Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında münasibətlər “konstruktiv və istidir”. Vaşinqton Ankara ilə işləməyə davam edir və NATO-ya üzvlüyün İsveç üçün çox vacib olduğunu bildirir.

Cümə axşamı günü səhər Vaşinqton Rusiya Federasiyası ilə əlaqəli 100-dən çox rus və xarici fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Onların arasında Türkiyə şirkətləri də olub.