Maqazin

Niyama qarşı DƏLƏDUZLUQ: “Məcbur edir ki, yalnız mənimlə…”

Niyama qarşı DƏLƏDUZLUQ: “Məcbur edir ki, yalnız mənimlə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Niyam Salamiyə qarşı dələduzluq edilib.

7Times.az  xəbər verir ki, sənətçinin youtube sosial platforması mənimsənilib.

Bu barədə Niyam özü məlumat verib:

“Şəkildə gördüyünüz bu şəxsin adı Mameddir. Özünü az qala Azərbaycanda “internet ağa”sı kimi təqdim edən bu şəxs, adımla bağlı olan şəxsi youtube səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də, o, müxtəlif bəhanələr gətirərək şifrəni verməkdən boyun qaçırır.

Sözü gedən Mamedi mən illərdir tanıyıram. Və dillər əzbərinə çevrilmiş “Gülüm-gülüm” mahnısına çəkilən klipin youtube piarını ona həvalə etmişdim. Bunu ona görə qeyd edirəm ki, ekran işindən əldə olunan gəlirdən bir qəpik də olsun qonorar almamışam (söhbət həm də kanalımda yayımlanan digər ekran işlərindən də gedir).

Mamedin gördüyü işlərdən şikayətçi olan müğənnilər çox olsa da, yenə ilk adı hallanan mən, yəni sizin Niyam Salami oldu. Buradan üzümü hüquq-mühafizə orqanlarına tutub xahiş edirəm ki, məsələyə ciddi yanaşılsın. Youtube kanalım real təhlükə altındadır. Mən Mamed adlı şəxslə heç bir halda əməkdaşlıq etmək istəmirəm. O, isə məcbur edir ki, yalnız mənimlə işləməlisən!”.

BAKU.WS