Dünya

Polşa “F-16”-ların modernləşməsinə 389 milyon dollar xərcləyəcək

Polşa “F-16”-ların modernləşməsinə 389 milyon dollar xərcləyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Polşanın tələb etdiyi “F-16” təyyarələrinin və əlavə avadanlıqların texniki xidməti ilə bağlı paketin satışını təsdiqləyib.

“AzPolitika.info” Polşanın “Defence24.pl” saytına istinadla xəbər verir ki, xidmət paketinin ümumi dəyəri 389 milyon dollara çata bilər.

DSCA-nın (Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi) məlumatına görə, Polşa hökuməti əlavə məhsul və xidmətlərin alınması üçün müraciət edib. Bundan əvvəl, Polşa “F-16”-larına texniki xidmət paketinin cəmi 82 milyon dollara başa gələcəyi gözlənilirdi. Varşavanın əlavə istəkləri 300 milyon ABŞ dollarından çox dəyəri olan avadanlıqla bağlıdır.

Bütün bu vəsaitlər Polşanın “F-16”-larının radio-elektron mübarizə (REM)sisteminin məlumat bazalarının yenidən proqramlaşdırılmasına, yeni proqram təminatının təmin edilməsinə, əlavə olaraq onun texniki xidməti və sənədləşdirilməsinə, həmçinin ehtiyat hissələrinin, alətlərin, mühərrik komponentlərinin təkmilləşməsi, xidmət dəstəyi, sürtkü yağlarının və “kiçik dəyişikliklərin” tədarükünə xərclənə bilər.