“Parlamentimiz qərar vermədiyi müddətcə bizim İsveçin NATO-ya üzvlüyü ilə bağlı “hə” və ya “yox” deməyimiz mümkün deyil və ilk olaraq, İsveç öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoöğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Yaxşı, indi İsveç öz üzərinə düşən öhdəliyi yerinə yetirirmi? Bizə tez-tez deyirlər ki, İsveç qanun hazırlayıb amma qanun hazırlamaq kifayət deyil, qanunu yerinə yetirmək də lazımdır. İndi İsveç istər Konstitusiyada, istərsə də qanunda nə dəyişiklik edirsə, etsin əgər terrorçuları İsveç polisinin qoruması ilə nümayişlərə sövq edirlərsə bu, o deməkdir ki, onlar (İsveç – red.) öhdəliyini yerinə yetirmir. Bu terror hərəkətlərinin Stokholm küçələrində davam etməsi deməkdir. Bizə verilən vədlər yerinə yetirilmir.
F-16-larla bağlı deyirlər ki, ABŞ Nümayəndələr Palatası qərar vermədən bu olmaz. Onların Nümayəndələr Palatası varsa, bizim də parlamentimiz var”.
Ərdoğan vurğulayıb ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı son sözü Türkiyə parlamenti deyəcək.
Follow @7timesaz