“Roma” rəhbərliyi komandanın hücumçusu Paulo Dibala ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az “Calciomercato”ya istinadən xəbər verir ki, “canavarlar” argentinalı ulduza yeni müqavilə təklif edəcək.
Xəbərə görə, klubun nümayəndələri Dibalanın agenti ilə oktyabrda görüşəcəklər. Mənbə hazırda illik 4 milyon avro maaş alan cənubi amerikalıya hər mövsüm üçün 6 milyon avro və 1 milyon avro civarında bonus təklif ediləcəyini vurğulayıb.
Dibalanın “Roma” ilə indiki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Follow @7timesaz