Qərb ölkələrinin, xüsusən də Fransanın Afrikaya təsirinin davam etməsi qitə ölkələrində dərin məyusluq yaradır.
“Report” xəbər verir ki, bunu Əlcəzairin “Sülh Uğrunda Cəmiyyət” hərəkatının lideri Əbdül-Əli Həsəni Şərif bəyan edib.
“Sülh Uğrunda Cəmiyyət” hərəkatı Əlcəzairin ən böyük müxalif İslam partiyası hesab olunur. 2021-ci ilin iyununda keçirilən seçkilərdən sonra o, 462 yerlik parlamentdə 65 yer qazanıb və qanunverici orqanda üçüncü ən böyük bloka çevrilib.
“Fransa və Qərb təsirinin qorunub saxlanması (Afrika ölkələrində – red.) dərin məyusluğa səbəb olur. Eyni zamanda, dünya qüvvələri qitə uğrunda fəal rəqabət aparır, müstəmləkə modellərindən və Qərbin üstünlüyü prinsipindən fərqlənən yeni əlaqələr və əməkdaşlıq formatları təklif edilir.
Bu, Afrika xalqlarının yenidən formalaşmasını təmin etmək üçün dünyəvi dövlətlərin, müstəqillik və suverenliyin inkişafı üçün əlverişli yeni mühit yaradıb”, – deyə siyasətçi bildirib.
Eyni zamanda, Şərif vurğulayıb ki, onun partiyası hərbi çevrilişlərə qarşıdır, siyasi rejimlərin konstitusiya legitimliyinə hörmətlə yanaşmağı zəruri hesab edir.
Follow @7timesaz