Dünya

ATƏT sədri Ceyhun Bayramov və Mirzoyanla GÖRÜŞƏCƏK

ATƏT sədri Ceyhun Bayramov və Mirzoyanla GÖRÜŞƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

7Times.az xəbər verir ki, bu barədə ATƏT sədri X hesabında bildirib.

 

“Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı təzələyəcəyəm”, – nazir qeyd edib.