Ermənistan hökuməti Qarabağdan köçmək istəyən erməniləri qəbul etməyə hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri aparatından “Armenpress”-ə bildiriblər.
Xəbərdə qeyd olunur ki, Ermənistan hökuməti Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələrilə keçirdiyi danışıqların nəticələrini gözləyir və bunun əsasında qərar qəbul etməyə hazırlaşır. Aparatdan bildiriblər ki, Ermənistan hökuməti Qarabağ ermənilərinin evakuasiyası məsələsini qaldırmayıb. Paşinyan hökuməti hesab edir ki, Qarabağdakı ermənilərin öz evlərində təhlükəsiz yaşayışı təmin olunmalıdır: “Lakin ermənilərin, yaxud onların bir hissəsinin “dağlıq Qarabağ”da yaşamasının mümkünsüzlüyü etiraf ediləcəyi halda, zəruri tədbirlər görüləcək”.
Xəbərdə bildirilir ki, mümkün ssenarilərlə bağlı hazırlıq işləri görülür.
Follow @7timesaz