Erməni silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin Qarabağda törətdiyi atəşkəs pozuntuları barədə “Haber Global” süjet hazırlayıb.
“Qafqazda sular durulmur. Erməni tərəfi atəşkəs qaydalarına riayət etmir. 2021-ci ilin yanvarın 30-dan Ağdamda yaradılan Monitorinq Mərkəzi Qarabağdakı atəşkəs pozuntularını aşkar edir və qeydə alır”, – deyə bildirilir.
Qeyd olunur ki, məlumata görə, qanunsuz erməni hərbi dəstələri 258 dəfə atəşkəsi pozublar:
“Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin elektron silahlardan istifadəsi, sərhəd və atəş pozuntuları qeydə alınır. Bütün qeydlər Müdafiə Nazirliyinin xəbərlərində paylaşılır”.