Hərbi

“Ukrayna ordusu vilayətin 6 rayonunu mərmi atəşi altında saxlayır” – Belqorod qubernatoru

“Ukrayna ordusu vilayətin 6 rayonunu mərmi atəşi altında saxlayır” – Belqorod qubernatorubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, son sutka ərzində Ukrayna hərbçiləri Belqorod vilayətinin altı sərhəd rayonunu təxminən 130 dəfə atəşə tutub.

“AzPolitika.info” bu barədə “Gazeta.ru” saytına istinadla bildrir. Özünün «Telegram» kanalında yazan Qladkovun sözlərinə görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri vilayətin ayrı-ayrı rayonlarında həmsərhəd kəndləri və onların ətrafını minaatanlardan atəşə tutub, həmçinin, Novostroevka-Vtoraya kəndinin kənarına və Dronovka kəndinə üç dron hücum edib.Qubernator Antonovka və Qorkivski kəndlərində PUA-ların vurulduğunu deyib. Bir gün əvvəl Qladkov Valkovski və Terebreno kəndlərinin atəşə tutulmasından yazmışdı.