Dünya

Köçəryanın oğlu 4 polisi döyməkdə ittiham olunur – “Onu vəhşicəsinə döyüblər”

Köçəryanın oğlu 4 polisi döyməkdə ittiham olunur – “Onu vəhşicəsinə döyüblər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə onun vəkil Aleksandr Qoçubayev öz “Facebook” səhifəsində yazıb.

“Saat 12:00-da polis əməkdaşları Levon Köçəryanı vəhşicəsinə döyərək nəzarətə götürüblər. Köçəryana qarşı işgəncə cinayəti ilə bağlı hesabat təqdim etmişik”.

Həbs qərarında deyilir ki, Köçəryan dörd qırmızı beretli polisi döyüb.

“Bu cəfəngiyyat əsasında cinayət işi başlanıb. Bu, hüquqi xaosdur. Köçəryan bu məsələyə təbəssümlə yanaşaraq təslim olmamağa və mübarizəni davam etdirməyə çağırıb”, – vəkil yazıb.