Maqazin

Şakiraya 8 illik həbs şoku

Şakiraya 8 illik həbs şokubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya prokurorluğu müğənni Şakiranı vergidən yayınmada ittiham edib. 

OLAY yazır ki, məhkəmə prosesi 20 noyabr tarixinə təyin edilib.

Şakira 2012-2014-cü illər arasında İspaniyada yaşadığı müddətdə 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyi tərəfindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunub.

Hazırda isə onun 5,3 milyon avro vergidən yayındığı iddia edilir.

8 ildən artıq həbsi tələb edilən Şakiranın məhkəməsi Barselona Əyalət Məhkəməsində baş tutacaq.