“Səninlə üz-üzə gəlmədik ki, “istedadlısan, səsin ifan qədər gözəldir” deyim”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova bir neçə gün əvvəl dünyasını dəyişən müğənni Emil Rəhmanoğlu ilə bağlı paylaşımında yazıb. F.Kərimova onun ifasını yayımlayaraq, bunları əlavə edib:
“Yoxluğuna və ağrı-acının nöqtəsinə də “əlvida” demək qismətim olmadı. Tanrı səni taleyinə bağışlasın, Emil. Doğmalarına səbr diləyirəm. Allah rəhmət eləsin!”.
Qeyd edək ki, Emil Əməkdar artist Rəhman Rəhmanoğlunun övladı idi.
Follow @7timesaz