Dünya

Ruslar Ukrayna ordusunun qarşısını niyə ala bilmir?

Ruslar Ukrayna ordusunun qarşısını niyə ala bilmir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cənubundakı rus hərbçilərin müdafiədə qarşılıqlı əlaqə və rabitəsi yoxdur. Nəticədə onlar Ukrayna qoşunlarının irəliləməsinə qarşı heç nə edə bilmirlər.

7Times.az  xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

O qeyd edib ki, düşmənin hər hansı müdafiə xəttini yarmaqdan söhbət gedəndə başa düşmək lazımdır ki, hər bir belə xəttin – xüsusən də ikincinin – bir neçə xətti var:

“Birinci xətt, ikinci xətt… Və onlar bir-biri ilə bağlıdır, müəyyən əlaqə var. Əgər biz birbaşa Zaporojye bölgəsindən, Novoprokopovka – Verbovo – Oçeretovatoye üçbucağından danışırıqsa, deməli söhbət təkcə bu üçbucaqdan getmir”.

Onun sözlərinə görə, rusların müdafiədə qarşılıqlı fəaliyyət daha geniş cəbhə xətti boyunca həyata keçirilir:

“Dörd əsas bağlantı mərkəzi var ki, onların bir-birinə bağlanması ruslara effektiv müdafiə aparmaq imkanı verir. Ancaq bu gün belə bir əlaqə yoxdur – həm Verbovoy, həm də Novoprokopovka və Kopan ərazisində”.

Axar.az