“Buraxılış məntəqəsinə qədər Azərbaycanın özbaşına həbslərinin şahidi oluruq. Bu, olduqca həyəcanlı faktdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.
Paşinyan əlavə edib ki, Ermənistanın dövlət orqanları Azərbaycanın saxladığı Ermənistan vətəndaşlarının hüquqlarını beynəlxalq instansiyalarda qorumalıdır.
Ermənistan mətbuatının da qeyd etdiyi kimi, sözsüz ki, bununla da Ruben Vardanyanın həbsini nəzərdə tutan Paşinyan onun adını çəkmək belə istəməyib. Əlbəttə ki, Paşinyan Vardanyanın Kremlin emissarı kimi regiona göndərilərkən son hədəfinin Ermənistanda hakimiyyəti devirmək olduğunu çox gözəl bilir.
Odur ki, əslində, Paşinyan Vardanyanın həbsinə sevinənlər sırasında heç də sonuncu yerdə deyil…
Follow @7timesaz