“Vaqner” muzdlu qrupuna məxsus hərbi təyyarə qəzaya uğrayıb.
Sfera.az bildirir ki, hadisə ötən şənbə günü baş verib. Belə ki, Malidə “Vaqner”ə məxsus “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsi əvvəlcə uçuş-enmə zolağından çıxıb, sonra isə alovlanıb. Nəticədə Mali və “Vaqner” əsgərlərini daşıyan təyyarədə 140 nəfər ölüb. Onlar arasında rus pilotun da olduğu bildirilib.
Hadisə anının görüntüləri isə yeni yayımlanıb. Qəzaya təyyarənin yanacaq çənindəki nasazlığın səbəb ola biləcəyi bildirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd olunub ki, sözügedən təyyarə əvvəllər “Vaqner” qrupuna məxsus olub və qəzadan təxminən bir həftə əvvəl Hərbi Hava Qüvvələrinə təhvil verilib.
Follow @7timesaz