İranın mədəni irs, turizm və əl işləri naziri Ezatullah Zərqami bildirib ki, onun nazirliyi İran Xarici İşlər Nazirliyi ilə birlikdə qonşu ölkələrlə viza rejiminin ləğvi üzərində işləyir.
Trend xəbər verir ki, Ezatullah Zərqami son iki ildə İrana gələn xarici turistlərin koronavirus pandemiyasından sonrakı illə müqayisədə 38 faiz artdığını bildirib.
“Koronavirus pandemiyasından sonra İranda turizm artımı qlobal orta göstəricidən 3 dəfə yüksək olub. Amma bu statistika ölkəmizin turizm imkanları ilə müqayisədə azdır. Biz turistlərin real artımını hədəfləyirik”, – deyə Zərqami əlavə edib.
“Biz daim qonşu ölkələrlə viza rejiminin ləğvi istiqamətində çalışırıq. Xarici İşlər Nazirliyinin əməkdaşlığı sayəsində turizm üçün hər gün daha çox imkanlar yaradılır”, – nazir qeyd edib.
Follow @7timesaz