“Kanadanın baş naziri Castin Trüdo ölkədə söz azadlığını boğmağa çalışır”.
“Report” xəbər verir ki, bu fikri amerikalı milyarder İlon Mask Kanadanın onlayn xidmətlərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalarını şərh edərkən bildirib.
“Trüdo Kanadada azad sözü boğmağa çalışır. Bu, biabırçılıqdır”, – Mask vurğulayıb.
Xatırladaq ki, Kanadanın qəbul etdiyi yeni qaydalara əsasən illik gəliri 10 milyon Kanada dolları (7,4 milyon ABŞ dolları – Qeyd) və ya daha çox olan yayım xidmətləri noyabr ayına qədər bəzi məlumatları təqdim etməlidir. Bundan əlavə, xidmətlərdən abunəliklər və məzmun haqqında məlumat tələb oluna bilər. Bu tələb sosial şəbəkələrə də aiddir.
Follow @7timesaz