Rusiya qoşunları son aylar Ukrayna ilə sərhəddə istehkamları genişləndirib.
APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna OSINT-in analitiki Bredi Afrikaya istinadən məlumat yayıb.
O, Ukraynada və onun ətrafında bir çox rus tarla istehkamını göstərən xəritə dərc edib. Xəritə Sentinel-2 peykindən əldə edilən peyk təsvirləri əsasında yaradılıb.
Xüsusilə, Kursk vilayətində Ukrayna ilə sərhəddə yayda yeni səngərlər tikilib.
Follow @7timesaz