“Real Madrid”in futbolçusu Arda Güler barədə diqqətçəkən iddia ortaya atılıb.
7Times.az xəbər verir ki, ikinci dəfə zədələnən və “Real Madrid”in heyətində hələlik heç bir oyuna çıxa bilməyən Ardanın icarəyə göndəriləcəyi irəli sürülür. İspaniya mətbuatında yer alan xəbərə görə, “Real Madrid”in rəhbərliyi və texniki heyəti Arda Güləri qayıtdıqdan sonra yaxından izləyəcək. Bildirilib ki, Arda mövsümün ikinci yarısında özünü əsas heyət oyunçusu olacağını nümayiş etdirə bilməsə başqa kluba icarəyə göndəriləcək.
Arda Gülerin isə “Real Madrid”də qalmaq istədiyi irəli sürülür.
Metbuat.az