Əfsanəvi braziliyalı futbolçu Ronaldo Nazario yenidən ailə həyatı qurub.
Keçən həftə o, 47 yaşında dördüncü dəfə evlənib. Onun növbəti seçimi yeddi ildir görüşdüyü Selina Loksdur. Toy İbitsada “Es Kubell” kilsəsində baş tutub. Daha sonra Ronaldo evində 400-ə yaxın qonağın qatıldığı səs-küylü şənlik təşkil edib.
Ronaldodan 14 yaş kiçik olan Loks Braziliyanın ən məşhur modellərindən biridir. O, həm də çox uğurlu iş qadınıdır. 33 yaşlı gözəlçə kosmetika sahəsində ixtisaslaşmış “Celina Locks Beauty” adlı brendini təsis edib.
Selina müntəzəm olaraq jurnalların üz qabığında görünür və məşhur nəşrlər “Vogue”, “Harper’s Bazaar”, “L’Officiel” və “Cosmopolitan” ilə əməkdaşlıq edir. Bundan əlavə, Loks xeyriyyə işləri ilə məşğul olmağa da vaxt tapır.
Sosial şəbəkələrdəki fotolara əsasən demək olar ki, Ronaldonun yeni həyat yoldaşı onun əvvəlki evliliklərindən olan uşaqları ilə yaxşı anlaşır. Fenomenin iki oğlu – Ronald və Aleksander, həmçinin iki qızı – Maria Sofia və Maria Alisya var.
47 yaşlı Braziliyalı əfsanə ilk dəfə 1999-cu ildə Milen Dominqeslə evlənib. Ancaq evlilik qısamüddətli olub. Dörd il sonra cütlük boşanmaq qərarına gəlib.
2005-ci ildə Ronaldo braziliyalı model Daniela Çicarelli ilə evlənib. Onların övladları faciəvi səbəbdən dünyaya gəlməyib. Onların rəsmi münasibətləri cəmi 3 ay çəkib.
“Yekədiş” 1 il sonrakı üçüncü cəhdində yerlisi Maria Bitris Antoni ilə nigaha girib. Cütlüyün iki qızı dünyaya gəlib. Lakin 2010-cu ildə baş verən xəyanət qalmaqalından sonra onların münasibətləri kəskin şəkildə pisləşib.
Follow @7timesaz