Dünya

Ermənistan Putinin həbsini nəzərdə tutan sənədi TƏSDİQLƏDİ

Ermənistan Putinin həbsini nəzərdə tutan sənədi TƏSDİQLƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.

 

7Times.az  xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

 

Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər. İqtidar ratifikasiyanın Azərbaycanla əlaqəli olduğunu müdafiə edib.

 

Bundan əvvəl “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məsələnin parlament müzakirələrinin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidd adlandırıb.

 

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.