Müğənni Hadise Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla münasibətdə olduğunu iddia edən Seren Serengil, Arto, Bircan Bali və televiziya proqramına qarşı açdığı məhkəməni udub.
OLAY yazır ki, açılan iddiaya görə, həmin vaxt “Beyaz TV”-də “Söylemessem Olmaz” verilişini təqdim edən Seren Serengil, Arto və Bircan Bali Hadisenin Rza Zərrabla münasibətdə olduğunu iddia edib.
Hadisənin vəkili Orhan Erol Müezzinoğlu, bu iddiaların müvəkkilinin şərəf və ləyaqətinə xələl gətirdiyini bildirərək aparıcılara və proqrama qarşı 50 min TL mənəvi təzminat iddiası qaldırıb.
Məhkəmə üç aparıcının və televiziya proqramının 20 min lirə təzminat ödəməsinə qərar verib.
Follow @7timesaz