Dünya

Qarabağdakı anti-terror əməliyyatından əvvəl Rusiya, Aİ və ABŞ rəsmiləri İstanbulda görüşüb – Zaxarovadan AÇIQLAMA

Qarabağdakı anti-terror əməliyyatından əvvəl Rusiya, Aİ və ABŞ rəsmiləri İstanbulda görüşüb – Zaxarovadan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı anti-terror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.

7Times.az  xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, “Politico” nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb. Zaxarova qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Qeyd edək ki, “Politico”nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.

Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.

Kremlin sözçüsü Dmitri Peskov da “Politico” nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ, Aİ və Rusiyanın Qarabağla bağlı görüşü ilə bağlı nəşrdə çoxlu qeyri-dəqiqlik və səhvlər var.

“Təmaslar olub, amma yazılan kimi deyil”, – Kreml rəsmisi əlavə edib.