Amerikalı müğənni və prodüser Ceyson Derulonun iki il əvvəl gənc ifaçı Emaza Gibsona əxlaqsız təklif etdiyi məlum olub.
OLAY yazır ki, məşhur müğənninin əxlaqsız təklifi Gibsonun məhkəməyə müraciət etməsi ilə üzə çıxıb.
Sənədlərdə Derulonun “Karyeranız üçün məsləhət almaq istəyirsinizsə, mənimlə cinsi əlaqədə olmalısınız” dediyi qeyd edilib.
Bu təklifi rədd etdikdən sonra gənc müğənni ilə prodüser şirkəti arasında razılaşmanın pozulduğu öyrənilib.
“Travma aldım, özümü toparlaya bilmirəm. Yenidən başladığım yerə qayıtdım. Karyeramda irəliləyiş olmadı” – deyə Emaza bildirib.
Follow @7timesaz