İranın ali dini lideri Əli Xameneinin sosial şəbəkədə İsrailə ünvanladığı açıqlamalara sərt reaksiya gəlib.
“AzPolitika.info” xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi rəsmi sosial media hesabından paylaşım edərək Xameneiyə xəbərdarlıq edib.
İsrail XİN-in paylaşımında bu ifadələr yer alıb:“Klaviatura arxasına gizlənmək və cəsarətli olmaq asandır. Siz və HƏMAS-lı dostlarınız tezliklə barbar hərəkətlərinizə görə, peşman olacaqsınız”.
Xatırladaq ki, Xamenei İsraillə bağlı əvvəlki paylaşımında bunları yazmışdı:“Sionist rejimin rəhbərləri və tərəfdarları bilməlidirlər ki, Qəzza xalqının kütləvi qətli onların başına daha böyük fəlakət gətirəcək. Sionist rejimə hücum etməyi planlaşdıranların əllərindən öpürük”.
Follow @7timesaz