Dünya

İranda qızı öpən Ronaldo ilə bağlı gözlənilməz QƏRAR

İranda qızı öpən Ronaldo ilə bağlı gözlənilməz QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İspaniyadakı səfirliyi mətbuatda “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun 99 şallaq zərbəsi ala biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

7Times.az  xarici mediaya istinadla xəbər verir ki, səfirlikdən verilən açıqlamada, “Biz hər hansı beynəlxalq idmançının İranda mühakimə olunduğunu inkar edirik”, deyə bildirilib.

Bəyanatda deyilir ki, onun Fatimə Həmami ilə səmimi, humanist görüşü həm xalq, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymət və rəğbətlə qarşılanıb.Qeyd edək ki, Kriştianu Ronaldo sentyabrın 18-19-da rəsmi futbol matçında iştirak etmək üçün İrana səfər edib, xalq və hakimiyyət tərəfindən hərarətlə qarşılanıb.
Burada Ronaldonun komandası “Əl-Nəsr” yerli “Persepolis”lə (2:0) Asiya Çempionlar Liqası matçı keçirib. Ronaldo ölkəyə səfəri zamanı daha əvvəl kumirinin portretini çəkmiş əlil rəssam Fatimə Hamami ilə görüşüb. Futbolçu onu qucaqlayıb öpüb. Bu da İran qanunlarının, ictimai yerlərdə qadınlarla hər hansı fiziki təması qadağan edən qanunların ciddi şəkildə pozulmasıdır. Media portuqaliyalının yenidən İrana qayıdacağı təqdirdə 99 şallaq zərbəsi ala biləcəyini yazıb.