Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futboldakı növbəti hədəflərindən danışıb.
Fanat.Az “Record”a istinadən xəbər verir ki, karyerası ərzində rəsmi görüşlərdə 857 qol vuran ulduz futbolçu “Portu”nun prezidenti ilə aralarındakı söhbəti də açıqlayıb:
“Portu”nun prezidenti ilə danışdıq. O, mənə bir təklif etdi: karyeramda 1000 qol vurmaq. Hələlik 900-ə çatmaq istəyirəm. Düşünürəm ki, mütləq bacararam. 1000-ə çatmaq isə, əlbəttə, daha çətindir.
Həyatda hər şey olur. İndi bədənim yükü yaxşı qəbul edir, əylənmək üçün oynayıram”.
Xatırladaq ki, Portuqaliya AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində son matçda Slovakiyanı 3:2 hesabı ilə yenərək turnirin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. Ronaldu bu görüşdə dubl edib.
Follow @7timesaz