Hərbi

Fələstində 3 günlük matəm elan edildi  “Baş verənlər soyqırımdır”

Fələstində 3 günlük matəm elan edildi – “Baş verənlər soyqırımdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 17-də İsrail ordusunun Qəzza şəhərində həyata keçirdiyi hava hücumları nəticəsində yüzlərlə insanın öldüyü bildirilir. Bu barədə HƏMAS-ın nəzarət etdiyi anklavın səhiyyə rəsmiləri məlumat veriblər.

BMT-nin bildirdiyinə görə, İsrailin hava hücumları, o cümlədən sığınacaq kimi istifadə edilən məktəblərin birini vurub.

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki xəstəxanaya hücumu nəticəsində isə azı 500-ə yaxın insan həlak olub

“AzPolitika.imfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza xəstəxanasına hücum nəticəsində ölənləri yad etmək üçün üç günlük matəm elan edib.

“Baş verənlər soyqırımdır. Biz beynəlxalq ictimaiyyəti bu qətliama son qoymağı çağırırıq. Susqunluq artıq məqbul deyil,”  – deyə, Abbas bildirib.