Dünya

“Bölgə barıt çəlləyinə bənzəyir, vəziyyətin nəzarətdən çıxması ehtimalı var” – İran XİN başçısı

“Bölgə barıt çəlləyinə bənzəyir, vəziyyətin nəzarətdən çıxması ehtimalı var” – İran XİN başçısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bölgə barıt çəlləyinə bənzəyir, partlayışın baş verməsi, vəziyyətin nəzarətdən çıxması ehtimalı var”.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 19-da Səudiyə Ərəbistanının Ciddə şəhərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında müzakirə olunan məsələlərdən, HƏMAS-İsrail qarşıdurması nəticəsində baş verən hadisələrdən danışıb.

Nazir bildirib ki, iclasda hərbi cinayətlərə dərhal son qoyulmasının vacibliyi ilə bağlı razılıq əldə olunub.