İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant sərhəddindəki əsgərlərə baş çəkib.
“7Times.az” xəbər verir ki,sosial media hesabında əsgərlərlə şəklini paylaşan Netanyahu ,İsrail ordusunun Qəzza zolağına qurudan hücumunun qaçılmaz olduğu bildirərək “Biz hazırıq” ifadəsini əlavə edib.
İsrailin müdafiə naziri Gallant da Qəzza sərhəddindəki əsgərlərə baş çəkib.
Burada İsrail əsgərlərinə müraciət edən Gallant, “İndi Qəzzanı uzaqdan görə bilərsiniz. Tezliklə içəridən də görəcəksiniz” deyib.
Gallant, Livan sərhədində Hizbullah ilə yaşanan gərginliyə də toxunaraq, “Hizbullah müharibəyə başlamaq istəyirsə, ilk növbədə Qəzza şəhərinin fotolarına baxmalıdır” ifadələrini səsləndirib.
7Times.az
Aysel
Follow @7timesaz