İsrail və Fələstin arasındakı qarşıdurmaları lentə almaq üçün Qüdsə ezam olunan Fulya Öztürk naməlum şəxslər tərəfindən edilən telefon zəngi ilə hədələnib.
4 rəqəmli nömrə ilə Fulya Öztürkə zəng edən şəxs ona ,”İsraildəsən? Özünə yaxşı bax” sözlərini bildirib.Daha sonra Fülya Öztürkün fotoları Telegram səhifələrində paylaşılıb.
7Times.az “CNN TÜRK”-ə istinadən xəbər verir ki,bu gün axşam saatlarında CNN TÜRK canlı yayımına qoşulan Fulya Öztürk baş verənləri açıqlayıb.Öztürk açıqlamasında, qısamüddətli panika yaşadığını bildirib.