İsrail və Fələstin arasındakı qarşıdurmaları lentə almaq üçün “CNN TÜRK” televiziyası tərəfindən Qüdsə ezam olunan Fulya Öztürk İsraildən geri çağrılıb.Buna səbəb jurnalistin naməlum şəxslər tərəfindən təhdid edilməsi olub.
“7Times.az” xəbər verir ki,ötən gün Fulya Öztürkə zəng edən naməlum şəxslər ona ,”İsraildəsən? Özünə yaxşı bax” sözlərini bildirib.Daha sonra Fülya Öztürkün fotoları Telegram səhifələrində paylaşılıb.
Bu təhdidləri nəzərə alan televiziya ötən gün Qüdsə ezam olunan Fülya Öztürkü Türkiyəyə geri çağırıb.