“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola kimi öz yerində gördüyünü açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Telegraph” yayıb.
Xəbərə görə, ötən mövsüm, İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “şəhərlilər”in “Brayton”a qarşı keçirdiyi matçda Pep rəqib komandanın çalışdırıcısı Roberto De Dzerbini yüngülcə itələyərək belə deyib: “Bu adam “Mançester Siti”nin növbəti baş məşqçisidir”.
Xatırladaq ki, De Dzerbi ötən ilin sentyabrından “Brayton”u çalışdırır. Qvardiola 2016-cı ildən indiki postundadır.
Follow @7timesaz