Dünya

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq.

 

7Times.az  APA-ya istinadən xəbər verir ki, söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir.

 

Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.

 

Qeyd edək ki, Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri yalnız şəxsi avtomobil istifadəsi zamanı tanınır. Lakin bu qayda Gömrük İttifaqına daxil olan ölkələrə şamil olunmayıb. Belə ki, İttifaqa üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın sürücülük vəsiqələri sahibkarlıq və əmək fəaliyyəti üçün tanınıb. Yəni, bu ölkələrin sürücülük vəsiqəsi ilə vətəndaş taksi və yükdaşıma fəaliyyəti ilə məşğul ola bilib.