İranda 5,1 ballıq zəlzələ olub.
7Times.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsi Cənubi Xorasan əyalətində qeydə alınıb.
Yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
Follow @7timesaz