Bir neçə dəqiqə öncə ABŞ-nin döyüş təyyarələri İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Bölgədəki ABŞ qoşunlarına hücumlara cavab olaraq F-16 və F-15-lər Suriyadakı hədəfləri vurmaq üçün istifadə edilib”, – telekanal diqqətə çatdırıb.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı açıqlama yayıb:
“Bu gün (ABŞ vaxtı ilə oktyabrın 26-da) Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdafiə hücumu həyata keçirib”.
Follow @7timesaz