HƏMAS oktyabrın 7-də Qəzzaya qaçırılan girovların azad edilməsi müqabilində İsrail həbsxanalarında saxlanılan bütün fələstinli məhbusları azad etməyi təklif edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək səviyyəli liderlərindən biri Yəhya Sinvar məlumat yayıb.
“Biz əlimizdə olan bütün məhbusların azad edilməsi müqabilində İsrail həbsxanalarında olan bütün fələstinli məhbusların azad edilməsini ehtiva edən mübadilə sazişi bağlamağa hazırıq”,-deyə o, bildirib.
Girovların sayının ən az 230 olduğunu təxmin etdiklərini ifadə edən İsrail Ordusunun sözçüsü Daniel Hagari, HƏMAS-ın bu təklifinin müzkirə edilmədiyini deyib. O, bu təklifi “İsrail vətəndaşlarını manipulyasiya etmək məqsədi daşıyan psixoloji terror” adlandırıb.
Qeyd edək ki, Fələstin Məhbuslar Dərnəyinin məlumatına görə, hazırda İsrail həbsxanalarında təxminən 6600 fələstinli məhbus var.
Follow @7timesaz